Premyer Liqada ən yaxşı müəyyənləşdi
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, "Everton"un hücumçusu Romelu Lukaku martın ən yaxşı oyunçusu seçilib. O, azarkeşlər arasında keçirilən səsvermədə, Coşua Kinq ("Bornmut"), Corcinyo Vaynaldim ("Liverpul"), Mamade Sako ("Kristal Palas"), Artur Boruç ("Bornmut"), Natan Redmondu ("Sauthempton") qabaqlayıb.
Qeyd edək ki, R.Lukaku ötən ay 4 qol vurub, 2 qolun ötürməsini verib.