Premyer Liqada ilk qadın ehtiyat hakim

Hakim Rebeka Uelş adını tarixə yazdırıb.

Sportline.az xəbər verir ki, o, Premyer Liqa matçına təyin edilən ilk qadın ehtiyat hakim olub.

Rebeka çempionatın 11-ci turunda keçiriləcək "Fulhem" - "Mançester Yunayted" matçında çalışacaq.

Qeyd edək ki, Rebeka həmçinin 2021-ci ilin aprelində İngiltərənin dördüncü divizionuna təyin edilən ilk qadın olub.