Premyer Liqada sanitar qaydalar ləğv edildi
Rusiya Premyer Liqasında koronavirusla bağlı bütün sanitariya qaydaları ləğv olunub.
Sportline.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Qurumun (RFS) İcraiyyə Komitəsi Bürosunun son iclasında belə qəbul edilib.
Bildirilib ki, yarış iştirakçıları bundan sonra Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) norma və tələblərinə ciddi riayət etməlidirlər.