Premyer Liqada yeni rekord

İngiltərə Premyer Liqasının 23-cü həftəsində keçirilən 10 qarşılaşmada 45 qol vurulub.

Sportline.az xəbər verir ki, bununla çempionatda həftəlik qol rekordu qırılıb.

Premyer Liqanın rəsmi saytındakı açıqlamada bildirilir ki, turun son qarşılaşması “Brentford”-“Mançester Siti” görüşündə vurulan 4 qol 23-cü həftədəki ümumi qol sayını 45-ə yüksəldib və 1995-1996 mövsümündən etibarən 20 komandanın mübarizə apardığı və hər həftə 10 matçın keçirildiyi liqada qol hesabında rekord qeydə alınıb.

Premyer Liqada 20 komandanın mübarizə apardığı mövsümləri nəzərə alsaq, 10 oyunluq həftədə vurulan qollara görə əvvəlki rekord 44 idi. Köhnə rekord 2021-2021-ci ilin 2-ci həftəsində və ötən mövsümün 34-cü həftəsində təkrarlanıb.