Premyer Liqanın təqvimi açıqlandı
Futbol üzrə İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünün təqvimi açıqlanıb.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, sentyabrın 12-də start veriləcək yarışa gələn il mayın 23-də yekun vurulacaq.
Premyer Liqada ilk turun cədvəli
12 sentyabr
"Kristal Pelas" – "Sauthempton"
"Fulhem" – "Arsenal"
"Liverpul" – "Lids"
"Tottenhem" – "Everton"
"Vest Bromviç" – "Lester"
"Vest Hem" – "Nyukasl"
14 sentyabr
"Brayton" – "Çelsi"
"Şeffild" – "Vulverhempton"
Qeyd edək ki, 1-ci turun "Bernli"– "Mançester Yunayted" və "Mançester Siti" – "Aston Villa" görüşlərinin vaxtı hələ müəyyənləşməyib. Çünki Mançester təmsilçiləri avrokuboklarda çıxışlarını daha gec bitiriblər.