Prezident Administrasiyasında gənclər və idman şöbəsi yaradıldı

Prezident Administrasiyasının strukturunda yeni dəyişikliklər edilib.

SportLine.az haqqin.az saytına istinadən xəbər verir ki, bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında yeni - Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb. Bu vəzifəyə Yusuf Məmmədəliyevi təyin edilib.

Yusuf Məmmədəliyev həmçinin Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi təyin olunub. O, buna qədər Heydər Əliyev Fondunda işləyib.

Prezident Administrasiyasında şöbə müdiri vəzifəsinə gətirilən Yusuf Məmmədəliyev Azərbaycanın məşhur akademiki, mərhum Yusif Məmmədəliyevin nəvəsidir.