Promes BƏƏ klubu ilə rəsmi müqavilə imzalayıb
"Spartak"ın sabiq oyunçusu Kvinsi Promes karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 32 yaşlı futbolçu ikinci divizionda çıxış edən "Dubay Yunayted" klubu ilə anlaşıb.
Tərəflər arasında 2024/2025 mövsümünün sonuna qədər müqavilə imzalanıb. İyunda Rusiya klubu ilə müqaviləsi başa çatan futbolçu azad agent statusu daşıyırdı.
Qeyd edək ki, 2024-cü ilin fevralında Promes Dubayda yol qəzası törətdiyinə görə saxlanılıb. Futbolçu BƏƏ-ni tərk edə bilmir və 7,5 il həbs cəzası aldığı Hollandiyaya mümkün ekstradisiya ilə bağlı qərarı gözləyir.