Millimiz Avstriyadan qələbəsiz dönür
Azərbaycan millisi Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində son oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Kanada seçməsi olub.
Bundan əvvəlki iki oyunda qələbə qazana bilməyən Robert Prosineçkinin komandası Şimali Amerika təmsilçisi ilə görüşdə azarkeşləri sevindirmək niyyətində olsa da, millimiz vəzifənin öhdəsindən gələ bilməyib. İlk hissənin sonlarında məğlub duruma düşən komandamız Dmitri Nazarovun penaltidən vurduğu qolla məğlubiyyətdən qurtulub.
Xatırladaq ki, ilk oyunda Andorra ilə heç-heçə (0:0) edən Azərbaycan seçməsi, növbəti görüşündə Makedoniyaya uduzmuşdu (1:3).
03 iyun 2016
Yoldaşlıq görüşü
Azərbaycan - Kanada - 1:1
QOLLAR: Akindele, 44 (0:1); Nazarov, 57/p. (1:1)
Baş hakim: Saşa Amhof
Baş hakimin köməkçiləri: Stefan de Almeyda, Vital Yobin
Dördüncü hakim: Adrien Jaccottet (hamısı İsveçrə)
Rohrbax an der Lafnits