Psixi problemlərə görə karyerasını dayandırdı

"Börnli"nin hücumçusu Layl Foster bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu psixoloji problemlərinə görə bu qərara gəlib.

O, hazırda bu sahə üzrə mütəxəssislərin nəzarəti altında müalicə alır. 

Qeyd edək ki, cari mövsümdə səkkiz oyuna çıxan Foster 3 qol və 2 asistlə yadda qalıb.