PSJ - "Bavariya": baş məşqçi fikirləri
UEFA Çempionlar Liqasının finalı Lissabonda keçiriləcək.
Sportline.az xəbər verir ki, PSJ yarımfinalda “Leyptsiq”i mübarizədən kənarlaşdırıb. “Bavariya” isə “Lion”a qalib gəlib. Gərgin mübarizə vəd edən görüş maraqla gözlənilir. PSJ-nin baş məşqçisi Tomas Tuhel final matçının çətin keçəcəyini bildirib.
“Rəqib çox güclüdür. Əla oyunçuları var. Sürətli futbola üstünlük verirlər. Azarkeşləri fantastik matç gözləyir. Görüş nə qədər çətin olsa da, əlimizdən gələni edəcəyik”.
“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında iddialı danışıb.
“PSJ-nin finaladək irəliləməsi komandanın gücündən xəbər verir. Onlara hörmətlə yanaşırıq. Amma qələbə üçün meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Məqsədimiz qitə turnirinin kubokunu qazanmaqdır”.
Qeyd edək ki, PSJ – “Bavariya” matçı bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq.