PSJ - "Bavariya": hakim təyinatları

Çempionlar Liqasının 1/4 finalında PSJ - "Bavariya" matçına hakim təyinatları açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Daniele Orsato olacaq. Yan xətt hakimləri qismində ona Alessandro Ciallatini və Fabiano Preti kömək edəcəklər. 4-cü hakim funksiyasını Daniele Doveri yerinə yetirəcək. Görüşdəki VAR hakimi isə Massimiliano İrrti olacaq.

Qeyd edək ki, aprelin 13-də keçiriləcək matç Bakı vaxtı ilə 23:00da başlayacaq.