PSJ “Bavariya” səddini keçərək finala yüksəldi
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı da məlum olub.
Sportline.az xəbər verir ki, “Bavariya” Almaniyada PSJ-ni qəbul edib. Münhendə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Komandaların Parisdə oynanılan, olduqca maraqlı matçında PSJ 5:4 hesabı ilə qalib gəlmişdi. Ona görə də bukünkü heç-heçə ilə Paris klubu finla adlayıb.
Luis Enrikenin komandası həlledici oyunda “Arsenal”la qarşılaşacaq. Final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək
6 may
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
23:00 "Bavariya" (Almaniya) – PSJ (Fransa) - 1:1
Qollar: Dembele, 3 (0:1), Keyn, 90+4
İlk oyun 4:5
5 may
"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:0
İlk oyun - 1:1