PSJ "Bavariya"nın oyunçusunu hədəf alıb

"Bavariya"nın fransalı stopperi Dayo Upamekano yayda azad agent "Paris Sen-Jermen"ə keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq öz "X" hesabında paylaşım edib.

27 yaşlı oyunçunun dəyəri 60 milyon avrodur.

Qeyd edək ki, Upamekano bu mövsüm çıxış etdiyi 21 oyunda 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.