PSJ çempion oldu

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub.

Sportline.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar əlavə vaxtda fərqi artırmağa nail olmayıb. Penaltilər seriyasından isə PSJ qalib ayrılıb.

30 may

UEFA Çempionlar Liqası
Final

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 4:3)

Qol: Haverts, 6 (0:1), Dembele, 65-pen. (1:1)
Baş hakim: Daniel Zibert (Almaniya)
"Puşkaş Arena"