"PSJ" daha bir ulduz futbolçuya təklif göndərib

PSJ klubu dahabir ulduz futbolçunu heyətə qatmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, parislilər indi də Ceydon Sançonun ovuna çıxıblar.

"Footmercato"nun yaydığı xəbərə görə, klub rəhbərliyi bununla bağlı "Mançester Yunayted"ə təklif ünvanlayıb.

Mənbənin bildirdiyinə görə, bu anlaşma yaxın günlərdə reallaşa bilər.

Qeyd edək ki, Sanço 2021-ci ildə 85 milyon avro müqabilində Dortmund "Borussiya"sından "Mançester Yunayted"ə transfer olunmuşdu. 

24 yaşlı yarımmüdafiəçinin "qırmızı şeytanlar"la 2026-cı ilədək müqaviləsi var.