PSJ-də koronavirus şoku
Fransanın PSJ klubunun daha üç futbolçusu koronavirusa yoluxub.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, adları açıqlanmayan oyunçular təcrid olunublar.
Qeyd edək ki, bundan əvvəl Neymar, Anxel Di Maria və Leandro Parades də virus aşkarlanmışdı.