PSJ-də yeni futbolçu

PSJ heyətinə daha bir futbolçu cəlb edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Portu"dan Danilo Pereyranı icarəyə götürüb.

Portuqaliyalı futbolçu 2020-2021 mövsümünü Paris klubunda keçirəcək. PSJ-nin Danilonu satın alma hüququ da var.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2015-ci ildə "Maritimo"dan "Portu"ya keçib.