PSJ-də yeni qapıçı

PSJ heyətinə yeni futbolçu cəlb edib. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Paris təmsilçisi aşağı dəstədə mübarizə aparan “Orlean”ın qapıçısı Aleksandr Letelyeni transfer edib. 29 yaşlı qokiperlə 1 illik müqavilə imzalanıb.  

Qeyd edək ki, PSJ-nin yetirməsi olan fransalı oyunçu 2000-2010-cu illərdə bu klubun aşağı yaş  komandalarında çıxış edib.