PSJ-dən 3 xal

PSJ Liqa 1-də növbəti matçına çıxıb.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi 13-cü turda “Monpelye” ilə qarşılaşıb. Matç Paris klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran PSJ liderliyini möhkəmləndirib. “Marsel” 24 xalla 2-ci, “Lill” 23 xalla 3-cüdür. Eyni xalı olan “Monpelye” isə 6-cı pillədə qərarlaşıb.

“Monpelye” – PSJ  - 1:3
Qollar: Mavididi, 41 – Daqba, 33. M.Kin, 77. Mvbappe, 90+2.