PSJ-dən İngiltərə klubuna

PSJ-nin qapıçısı Alfons Areola karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
 
Sportline.az xəbər verir ki, “Fuhem” 27 yaşlı futbolçunu heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Areola 2020/21 mövsümünü icarə əsasında “Fulhem”də keçirəcək. Bundan başqa, klub qolkiperi birdəfəlik transfser etmə haqqına da sahib olacaq.

Qeyd edək ki, fransalı qapıçı ötən mövsüm icarə əsasında "Real"da oynayıb.