PSJ iki futbolçu üçün "Napoli"yə 200 milyon avro təklif edəcək

PSJ bu yay heyətini Napolidən Osimhen və Kvaratsxeliya ilə gücləndirmək istəyir.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Paris klubu bu iki futbolçu "Napoli"yə 200 milyon avro təklif etməyə hazırlaşır.

İtaliya klubunun Kvaratsxeliyanı buraxmağa niyyəti olmasa da, Osimheni 130 milyon avro qarşılığında satmağa razıdır.

Qeyd edək ki, Kxiça 2023/2024 mövsümündə İtaliya klubunun heyətində 45 oyunda 11 qol və 9 asistlə çıxış edib.

Osimhenin aktivində isə 32 oyunda 17 qol və 4 məhsuldar ötürmə var.