PSJ - Monako: Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulur.

Sportline.az xəbər verir ki, "Paris Sen-Jermen" "Park de Prens"də "Monako" ilə münasibətlərini aydınlaşdıracaq. İlk oyunda Paris geri dönüş edərək rəqibi 3:2 hesabı ilə məğlub etmişdi.

Meydan sahiblərində Fabian Ruiz, Senni Mayulu və Usman Dembele zədəlidir.

Knyazlıq klubunda isə itkilərin sayı daha çoxdur. Lukas Hradeski, Kristian Mavissa, Erik Dayer, Krepin Diatta, Mohammed Salisu, Aleksander Qolavin, Kassoum Ouattara, Poul Poqba, Takumi Minamino baş məşqçi Sebastian Pokoqnolinin sərəncamında olmayacaq.

Qeyd edək ki, PSJ - "Monako" görüşü bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq. Oyunun ədalət təmsilçisi ruminyalı İstvan Kovaç olacaq.