PSJ-nin baş məşqçisi gürcüstanlı futbolçunu istəyir
PSJ-nin baş məşqçisi Luis Enrike "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın transferində maraqlıdır.
Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis klub rəhbərliyindən yayda Mbappenin yerinə "Napoli"nin ulduzu Xviça Kvaratsxeliyanın transfer edilməsini tələb edib.
Fransa mətbuatının xəbərinə görə, Paris klubunun rəhbərliyi futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm "Napoli" ilə A Seriyasında çıxdığı 34 oyunda 11 qol vurub, 6 asist edib.