PSJ-nin futbolçusu zədələndi
"Benfika"da icarə əsasında çıxış edən PSJ-nin futbolçusu Yulian Draksler mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
Sportline.az "Record"a istinadən xəbər verir ki, Almaniya millisinin üzvü ayağından əməliyyat olunub. 29 yaşlı yarımmüdafiəçinin Parisə qayıtmayacağı, "Benfika"da bərpa prosesi keçəcəyi bildirilib.
Draksler bu mövsüm Portuqaliya klubunda bütün turnirlərdə 18 oyuna çıxıb və 2 qol vurub.
Qeyd edək ki, Drakslerin "Benfika" ilə icarə müqaviləsi bu mövsümün sonuna, PSJ ilə sözləşməsi ilə 2024-cü ilin yayına qədərdir.