PSJ-nin oyunu təxirə salındı

PSJ-nin Fransa çempionatının 2-ci turu çərçivəsində keçiriləcək "Lans"la matçı təxirə salınıb. 

Sportline.az xəbər verir ki, bu haqda Fransa Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Qərar Paris təmsilçisinin tələbinə əsasən, "Lens" və yayımçı telekanalla razılaşdırıldıqdan sonra qəbul edilib. 

Daha əvvəl avqustun 30-a təyin edilən "Lans" - PSJ qarşılaşması sentyabrın 10-da gerçəkləşəcək. Paris klubu Çempionlar Liqasınınn finalında Almaniya "Bavariya"sına 0:1 hesabı ilə uduzub.