Qadın futbolunda xoşagəlməz hadisə
Qadınlar arasında Fransa çempionatının 2-ci turunda "Reyms" - "Lion" matçında qalmaqal baş verib.
Sportline.az xəbər verir ki, qonaq komandanın müdafiəçisi Selma Başa rəqibin hücumçusu Melissa Herreranın başına təpiklə vurub. Zədələnən oyunçu meydanı xərəkdə tərk edib və xəstəxanaya aparılıb.
Selma Başa bu kobud qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, sözügedən matçda "Reyms" 3:0 hesabı ilə qalib gəlib.