Qadzenin yeni klubu

"Zirə"nin sabiq hücumçusu Riçard Qadzenin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu yay Azərbaycandan ayrılan qanalı legioner Moldovanın məşhur klubu "Şerif"lə müqavilə bağlayıb. Bu haqda Tiraspol təmsilçisindən rəsmi məlumat verilib.

25 yaşlı forvard yeni klubu ilə 2 illik müqavilə bağlayıb.