"Qalatasaray" 5-ci yoldaşlıq oyununa çıxır

Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən "Qalatasaray" bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv İtaliyanın köklü klublarından "Parma" ilə qarşılaşacaq.

 

"Raiffeisen Arena"da keçiriləcək matçın start fiti saat 22:15-də səslənəcək.

"Sarı-qırmızılılar" daha əvvəl keçirdikləri yoldaşlıq oyunlarında LASK (2:3) və "Fortuna"ya (2:5) məğlub olsalar da, "Trencin" (4:1) və "Leççe"ni (2:1) məğlub ediblər.

Qeyd edək ki, bu, "Qalatasaray"ın yeni mövsüm öncəsi son yoldaşlıq oyunu olacaq.