"Qalatasaray" 5 futbolçu ilə yolları ayırır
“Qalatasaray” 5 futbolçu ilə vidalaşacaq.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, komandanın baş məşqçisi Okan Buruk belə qərara gəlib.
Söhbət Luyindama, Çikildau, Morutan, Midşö və Duboisidən gedir.
Qeyd edək ki, Okan Buruk açıqlamasında yeni transferlərə görə bu futbolçularla yollarını ayırmaq məcburiyyətində qaldığını deyib.