“Qalatasaray” argentinalı qapıçı ilə maraqlanır
2025-ci ilin yayında klubdan ayrılacaqı dəqiqləşən Fernando Musleranın yerinə “Qalatasaray” yeni qapıçı transfer etməyə hazırlaşır.
Sportline.az “Fotomaç” nəşrinə istinadən xəbər verir ki. “Flamenqo”nun 29 yaşlı qapıçısı Aqustin Rossi “Qalatasaray”a transfer oluna bilər. Klub və oyunçu arasında danışıqlar davam edir.
Aqustin Rossinin transfer dəyəri 7 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, A.Rossi daha öncə “Cacarita Xuniors”, “Estudiantes”, “Defensa”, “Boka Xuniyors”, “Antofaqasta”, “Lanus” və “Əl Nəsr” kimi klublarda çıxış edib.