"Qalatasaray" argentinalı ulduzun keçidində israrlıdır

Orta sahəni gücləndirmək niyyətində olan "Qalatasaray" Leandro Paredesin transferində israrlıdır.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular futbolçu ilə danışıqları davam etdirəcəklər.

Bu həftə yenidən masa arxasına əyləşəcək tərəflər yeni təklifi müzakirə edəcəklər.

Qeyd edək ki, Argentina millisinin üzvü "Fənərbağça"nın da maraq dairəsindədir.