"Qalatasaray" azarkeşlərinə şad xəbər

"Qalatasaray" Mauro İkardi mövzusuna son qoyub.

Sportline.az xəbər verir ki, istanbullular argentinalı forvardıın PSJ-dən transferini reallaşdırıb.

Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, bu keçid 10 milyon avroya başa gəlib.

İkardi ilə 3 illik müqavilə bağlanılacaq.

Qeyd edək ki, 30 yaşlı hücumçu 2022/23 mövsümünü icarə əsasında "Qalatasaray"da keçirib.

O, meydana çıxdığı 26 oyunda 23 qol və 8 asistlə yadda qalıb.