"Qalatasaray" Bakıya bu heyətlə gəlir

"Qalatasaray"ın Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı oyun üçün Bakıya gələcək heyəti açıqlanıb. 

Sportline.az klubun "Twitter" hesabına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim siyahıya 20 futbolçu daxil edib.

Komandanın aparıcı üzvlərindən olan Arda Turan və Radamel Falkao da heyətdə yer alıb. UEFA-ya sifariş olunan 23 oyunçudan ibarət siyahıdan Oqenekaro Etebo, Yunus Akgün və Ali Yavuz Kol çıxarılıb. 

45 nəfərdən ibarət nümayəndə heyəti bu gün Bakı vaxtı ilə saat 12:00-da İstanbuldan çarter reysli təyyarə ilə yola düşəcək. Saat 18:00-da Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq.