“Qalatasaray” – “Beşiktaş” derbisinin hakimləri bəlli olub

Türkiyə Super Liqasının 10-cu həftəsində keçiriləcək İstanbul derbisinin baş hakiminin adı açıqlanıb.

Sportline.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, matçı 36 yaşlı FİFA referisi Arda Kardeşler idarə edəcək.

Arda Kardeşlerin köməkçiləri isə Ceyhun Sesigüzel, Süleyman Özay, Muhammet Ali Metinoğlu, Halis Özkahya, İlker Emir, Fatih Hüsnü Berberoğlu, Fatih Aksoy və Serkan Kural olacaq.

Qeyd edək ki, “Qalatasaray” – “Beşiktaş” matçı oktyabrın 28-i saat 21:00-da başlayacaq.