"Qalatasaray" bugünkü oyuna bu heyətlə çıxacaq
Bu gün Türkiyə Superliqasında 15-ci tura start veriləcək.
Sportline.az xəbər verir ki, açılış matçında "Qalatasaray" və "Samsunspor" komandaları üz-üzə gələcəklər.
İstanbul nəhəngi çempionatın iddialı komandalarından olan rəqiblə oyunda qələbəni hədəfləyib.
Baş məşqçi Okan Burukun bugünkü qarşılaşmada güvənəcəyi təxmini heyət artıq məlumdur.
"A Spor"da yayılan məlumata görə, "Cim Bom" meydana Uğurcan, Sançez, Lemina, Abdülkerim, Kazımcan, Torreira, Sara, Sane, İlkay, Barış və Osimhendən ibarət heyətlə çıxacaq.
Qeyd edək ki, "Qalatasaray" - "Samsunspor" görüşünün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.