"Qalatasaray" çempion!
Türkiyə Superliqasında 2022/2023-cü illər mövsümünün qalibi bəlli olub.
Sportline.az xəbər verir ki, bu, "Qalatasaray" komandasıdır. "Aslanlar" "Ankaragücü"nü 4:1 hesabı ilə məğlub ediərək "Qalatasaray" - "Fənərbağça" derbisi öncəsində çempionluğu bayram ediblər.
Qeyd edək ki, bu, "Qalatasaray"ın 23-cü çempionluğudur.