“Qalatasaray” daha 2 futbolçu ilə razılaşdı
“Qalatasaray” daha 2 futbolçu ilə razılıq əldə edib.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə nəhəngi “Bayer Leverkuzen”nin şərəfini qoruyan Kərəm Demirbayı heyətinə qatmağa hazırlaşır.
Futbolçu ilə klub arasında razılıq əldə olunub.
Bundan başqa “Qaziantepspor”un qolkiperi Günay Güvənç ilə də şəxsi razılıq əldə edilib.
Qeyd edək ki, “Qalatasaray” daha öncə Mauro İkardi və Vilfred Zahanı da heyətinə qatmışdı.