"Qalatasaray" daha bir transferə hazırlaşır
Ötən mövsümü çempion kimi başa vuran "Qalatasaray" yeni sezonun hazırlığını davam etdirir.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular heyəti daha bir futbolçu ilə gücləndirməyi planlaşdırırlar.
Söhbət ötən mövsümü icarə əsasında komandada keçirən Milot Raşitsadan gedir.
Klub rəhbərliyi çempionluqda əsas pay sahiblərindən olan futbolçunun transferi üçün "Norviç Siti" ilə danışıqlara başlayıb.
İngiltərəlilər İstanbul nəhəngindən 12 milyon avro tələb edirlər.