“Qalatasaray” danimarkalı futbolçusu ilə yola davam edəcək
İstanbul nəhəngi “Qalatasaray”ın danimarkalı futbolçusu Eliyas Yelertin klubda qalacağı bildirilir.
Sportline.az “ntvspor.net”ə istinadən xəbər verir ki, rəhbərlik 21 yaşlı futbolçunun son matçlardaki çıxışında razı qalıb. Bu səbəbdən oyunçu ilə yola davam edəcəkləri gözlənilir.
Eliyas Yelertin “Qalatasaray” ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Gənc futbolçunun transfer dəyəri 8 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, E.Yelert “Qalatasaray”a “Kopenhagen” klubundan bu yay transfer edilib.