"Qalatasaray" danimarkalı futbolçusunu icarəyə göndərir

"Qalatasaray" ötən mövsümü "Nek Niymeqen" komandasında keçirən Matias Rossu növbəti mövsümdə də heyətdə düşünmür.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Sparta Praqa" klubu 23 yaşlı müdafiəçini transfer etmək niyyətindədir.

Çexiya klubu bu keçid üçün "Qalatasaray"a 1.5 milyon avro təklif edir.

Ötən mövsüm Niderland Liqasında 25 oyuna çıxan Matias Ross bu görüşlərdə 2 qol vurub və 3 sarı vərəqə alıb.

Qeyd edək ki, danimarkalı futbolçu 2022-ci ildə "Olborq"dan Türkiyə klubuna 1.75 milyon avro qarşılığında keçib.