"Qalatasaray" derbidəki inamlı qələbəsi ilə çempionluğun bir addımlığında

Türkiyə Super Liqasında XXXI turun oyunları davam edir.

Sportline.az verir ki, günün ən maraqla gözlənilən qarşılaşması İstanbulda baş tutub.

"Qalatasaray" öz meydanında əzəli rəqibi "Fənərbağça" ilə üz-üzə gəlib. Görüş "sarı-qırmızılılar"ın üstünlüyü ilə keçib. Komanda 3:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, turnir cədvəlinə 74 xalla "Qalatasaray" başçılıq edir. Aktivində 67 xalı olan "Fənərbağça" isə ikinci pillədə qərarlaşıb.