"Qalatasaray" Dünya futbol tarixində ən çox xalla çempion olan 3-cü komanda oldu
Ötən gecə 24-cü çempionluğunu rəsmləşdirən "Qalatasaray" adını Dünya futbol tərixinə yazdırıb.
Sportline.az xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi komanda Super Liqada 2023/2024 mövsümünü 102 xalla çempion tamamlayıb.
Bu nəticə ilə Türkiyə klubu Seltik (105) və Srvena Zvezdadan (108) sonra Dünya futbol tarixində ən çox xalla çempion olan 3-cü komanda olub.
"Qalatasaray" üçüncü pilləni 2013/2014 mövsümündə İtaliyada 102 xalla çempion olan "Yuventus" ilə bölüşür.
Qeyd edək ki, liqanı ikinci pillədə tamamlayan "Fənərbağça" 99 xal toplayıb.