"Qalatasaray" "Fənərbağça"ya qarşı

Bu gün Türkiyə superliqasında 3-cü turun oyunları davam etdiriləcək.

Sportline.az xəbər verir ki, bu gun İstanbul derbisi – “Qalatasaray” – “Fənərbaxça” matçı keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Qeyd edək ki, 2 oyundan 6 xalı olan “Qalatasaray” 3-cü, “Fənərbaxça” isə 4 xalla 9-cu yerdədir.