"Qalatasaray" forması geyinən Tetenin yeni komandası müəyyənləşib

"Qalatasaray" braziliyalı oyunçusu Tete ilə yollarını ayırır.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "Panatinaikos" 24 yaşlı futbolçunun müvəqqəti transferi üçün Türkiyə klubu ilə razılıq əldə edib.

Mənbənin sözlərinə görə, Tete "Qalatasaray"ın Avstriyadakı düşərgəsindən ayrılaraq Afinaya gedəcək və tibbi müayinədən keçəcək.

Tetenin icarə müqaviləsinin 1 illik olacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "sarı-qırmızılılar"ın heyətində 45 oyuna çıxan vinqer 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.