"Tottenhem" fransalı futbolçu ilə vidalaşıb

Tottenhem klubunda futbolçu ayrılığı yaşanıb.

Sportline.az xəbər verir ki, paytaxt klubu Tanquy Ndombelenin müqaviləsinə qarşlıqlı razılıq əsasında xitam verildiyini və fransalı futbolçunun komandadan ayrıldığını açıqlayıb.

"Tottenhem" 27 yaşlı futbolçunu 2019-cu ildə "Olimpik Lion"dan 62 milyon avro qarşılığında heyətinə qatmışdı.

İngiltərə klubu daha sonra oyunçunu müvafiq olaraq "Lion", "Napoli" və "Qalatasaray"a icarəyə göndərmişdi.

Qeyd edək ki, ötən mövsümü "Qalatasaray"da keçirən yarımmüdafiəçi meydandan olduğu 26 oyunda 1 asistlə yadda qalıb.