"Qalatasaray" gənc futbolçunun transferinə hazırlaşır
“Qalatasaray” Super Toto 1-ci liqada yarışan "Manisa"nın şərəfini qoruyan gənc futbolçu Ayberk Karaponu heəytinə qatmaq istəyir.
Sportline.az Takvim qazetinə istinadla xəbər verir ki, “sarı-qırımızılar” gənc müdafiəçini komandaya cəl etmək üçün “Manisa” ilə danışıqlara başlayıb.
Klub prezidentinin müşaviri Ərdəm Timur “Avropa klublarından transferlər edirik. Amma yerli futbolçular arasında da perspektiv oyunçalar var və onlaarı dəyərləndirmək lazımdır” - deyib.
Qeyd edək ki, “Qalatasaray” 36-cı turda “Ankaragücü”nə qalib gəlməklə çempionluğunu rəsmiləşdirə bilər.