"Qalatasaray" gözünü "Atletiko"nun futbolçusuna dikdi

"Qalatasaray" bu yay heyətinə yeni yarımmüdafiəçi transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, İstanbul klubu "Atletiko Madrid"in argentinalı futbolçusu Rodriqo De Paulu rənglərinə bağlamaq istəyir. Bu haqda jurnalist Nevzat Dindar məlumat yayıb.

31 yaşlı futbolçunun dəyəri 25 milyon avrodur. Bu transfer reallaşsa, "Qalatasaray"ın rəhbərliyi konqolu futbolçu Mario Leminanı satacaq.

Qeyd edək ki, De Paulun "Atletiko Madrid"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 3 qol 10 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Rodriqo Madrid klubuna 2021-ci ilin yayında "Udineze"dən 35 milyon avro qarşılığında transfer olunmuşdu.