"Qalatasaray" gürcüstanlı futbolçu ilə maraqlanır
Moskva "Dinamo"sunun müdafiəçisi Saba Sazonov "Qalatasaray"ın maraq dairəsindədir.
Sportline.az championat.com-a istinadla xəbər verir ki, istanbullular Gürcüstan millisinin üzvü ilə ilkin danışıq aparıblar.
"Dinamo" klubu bu haqda açıqlama verməyə tələsmir.
Sazonov 2022/2023 mövsümündə meydana çıxdığı 24 oyunda 1 qolaa imza atıb.
Bununla yanaşı o, 21 yaşadək futbolçuların son Avropa çempionatında rəmzi komandaya düşməyi də bacarıb.