"Qalatasaray" Hamza Hamzaoğlu ilə yollarını ayırdı

"Qalatasaray" baş məşqçisi ilə yollarını ayırıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləni pozublar. 

11 turdan sonra əsas rəqiblərindən geri qalan "Cim-Bom"da məşqçi dəyişikliyi ilə bağlı söz-söhbətlər çoxdan gəzirdi. Yeni məşqçinin adına isə yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, Hamza Hamzaoğlu ötən ildən komandaya rəhbərlik edirdi.