"Qalatasaray" heyətini 19 yaşlı futbolçu ilə gücləndirdi
"Qalatasaray" heyətini gücləndirib.
SportLine.az klubun saytına istinadən xəbər verir ki, "cim-bom" gənclərdən ibarət komandada çıxış edən Ahmet Sivri ilə peşəkar müqavilə bağlayıb.
Qeyd edək ki, hücumçu mövqeyində çıxış edən futbolçu cari mövsüm məhsuldarlığı ilə seçilib. A.Sivri U-21 liqasında meydana çıxdığı 18 iyunda 13 qol vurmaqla bombardirlər siyahısının zirvəsində qərarlaşıb.